Bu gecə Bakıda 3 dərəcə şaxta gözlənilir - PROQNOZ - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Bu gecə Bakıda 3 dərəcə şaxta gözlənilir - PROQNOZ

Cəmiyyət A- A A+
Yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Ednews-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.
 
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...