Dərman vasitələri haqqında müvafiq qurumlar tərəfindən yeni sənəd hazırlanır.
Ednews xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O, qeyd edib ki, Baş nazir tapşırıq verdi ki, o sənədin hazırlanmasında Səhiyyə komitəsinin mütəxəssisləri də cəlb olunsun.
“Biz bir neçə görüş keçirmişik. Ölkəyə gətirilən dərmanların gömrükdə müəyyən problemləri olur. Onunla bağlı görüşümüz oldu, başqa görüşümüz də olacaq. Sənəd hələ hazırlıq mərhələsindədir”, - deyə Ə.Əmiraslanov bildirib.