Milli Məclisdə Ermənistanın Vətən müharibəsi dövründə törətdiyi cinayətlərlə bağlı xüsusi dinləmə keçiriləcək.
Ednews xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyasının iş planında əksini tapıb.
Plana Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmənin keçirilməsi daxil edilib.