Şəkidə məktəbli özündən 12 yaş böyük şəxsi bıçaqlayıb - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Şəkidə məktəbli özündən 12 yaş böyük şəxsi bıçaqlayıb

Cəmiyyət A- A A+

Şəkidə 11-ci sinif şagirdi özündən 12 yaş böyük şəxsi bıçaqlayıb.

Ednews-un məlumatına görə, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

Şəki şəhər sakinləri olan 2006-cı il təvəllüdlü Yəhyə Məmmədov və 1994-cü il təvəllüdlü Xəyyam Adışirinov arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib.

Mübahisə zamanı Şəki şəhər məktəblərindən birinin 11-ci sinif şagirdi olan Y. Məmmmədov üzərində olan bıçaqla X. Adışirinova xəsarət yetirib. Hadisə zamanı bıçaq xəsarəti alan X.Adışirinov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli sayılan məktəbli Y.Məmmədov Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Şəki ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...