“Similarweb” tərəfindən dünyanın ən çox ziyarət edilən internet saytlarının adları açıqlanıb.
Ednews xəbər verir ki, birinci yerdə dünyanın ən böyük axtarış platforması hesab edilən "Google" qərarlaşıb.
"Google" gündə 3,5 milyard dəfədən çox ziyarət edilib. İkinci ən çox ziyarət olunan platforma “YouTube”-dur. “Google” və “YouTube”dan sonra “Facebook” "Meta" ilə bərabər üçüncü yerdədir.
Siyahıda 4, 5 və 6-cı sıralarda müvafiq olaraq “Twitter”, "Instagram” və Çin axtarış saytı olan "Baidu" yer alıb.
Daha sonra reytinqdə “Wikipedia”, “Yandex, Yahoo” və “WhatsApp” gəlir.