Vəkillər Kollegiyasının üzvlərinə ianə sertifikatları təqdim edildi

Cəmiyyət 16:04 30.01.2023

Qarabağ Dirçəliş Fondu ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında işgüzar görüş keçirilib.

Ednews   xəbər verir ki, görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, eləcə də Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə fəaliyyət göstərən vəkil bürolarının rəhbərləri iştirak ediblər.

Qeyd olunmalıdır ki, görüşdə iştirak edən qurumlar tərəfindən Fonda ümumilikdə 100 min 800 manat ianə edilib.

Tədbiri giriş sözü ilə açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ilk olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərmək məqsədi ilə Fonda ianə etdiklərinə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırova, eləcə də Kollegiyanın bütün üzvlərinə təşəkkür edib.

R.Hacıyev bildirib ki, nümayiş olunan həmrəylik işğaldan azad olunan ərazilərin bərpası istiqamətində görülən işlərə vacib töhfədir: “İnanıram ki, bu addım cəmiyyətimizin işğaldan azad olunan ərazilərin bərpasına dəstəyini artırmaqla yanaşı, Qarabağ ətrafında daha sıx birləşməyimizə bir təkan olacaq”.

Fond yarandığı gündən etibarən minlərlə həmvətənimizin Qarabağın dirçəlişinə dəstək olmaq məqsədilə Fonda ianə etdiyini qeyd edən Rəhman Hacıyev belə təşəbbüslərin həmrəyliyimizin bariz nümunəsi olduğunu bildirib.

Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələrin əks olunduğu təqdimatla çıxış edən Rəhman Hacıyev şəffaflığın təmin edilməsi barədə də danışıb. Belə ki, R.Hacıyev “PwC Azərbaycan” şirkəti tərəfindən aparılan auditin nəticələri haqqında məlumatı iştirakçılara təqdim edib.

Daha sonra ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduğu, “Karabakh.Center” internet-resursunun (//karabakh.center/az) materialları əsasında hazırlanan “Qarabağda urbisid” videoçarxı nümayiş etdirilib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığa böyük önəm verdiklərini, bundan sonra da Fondun fəaliyyətinə dəstək verəcəklərini vurğulayıb:

“Vəkillər Kollegiyası cəmiyyətimizi narahat edən problemlərin həllində hər zaman yaxından iştirak etməyə çalışır. İşğaldan azad edilən ərazilərin bərpası ilə bağlı Qarabağ Dirçəliş Fondu ilə də yaxından əməkdaşlıq etmək niyyətindəyik. Arzu edərdik ki, əməkdaşlığımız müxtəlif formatlarda davam etsin və Fondun həyata keçirdiyi layihələrdə daha yaxından iştirak edək”.

Çıxışlardan sonra görüş müzakirələrlə davam edib. Görüş iştirakçıları Qarabağ Dirçəliş Fondu ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında əməkdaşlığın genişləndirilməsi, işğaldan azd olunan ərazilərdə qanunsuz fəaliyyət göstərmiş şirkətlərə qarşı vəsatətlərin qaldırılması və digər məsələlərlə bağlı rəy və təkliflərini səsləndiriblər.

Görüşün sonunda QDF tərəfindən Fonda ianə edən 37 quruma “İanə sertifikat”ı təqdim olunub.

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında
14:18 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Hamısı