Ermənilərin 29 faizi Laçın yolundakı vəziyyətə görə Paşinyanı günahlandırır - SORĞU - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Ermənilərin 29 faizi Laçın yolundakı vəziyyətə görə Paşinyanı günahlandırır - SORĞU

Cəmiyyət A- A A+
Ermənistan vətəndaşlarının 29 faizi Laçın yolunun “bağlanmasında” Ermənistan hakimiyyətini (Paşinyan nəzərdə tutulur) günahlandırır.
 
Ednews  xəbər verir ki, bunu “MPG/Gallup” Beynəlxalq Assosiasiyasının keçirdiyi sorğu sübut edir.
 
Mənbə qeyd edir ki, respondentlərin 42,5%-i  rəsmi Bakını, üçdə biri (30,2%) isə buna görə Kremli günahkar sayır. 17,2% Türkiyənin səlahiyyətli orqanlarının, 12% Rusiya sülhməramlılarının, 8,3% Qarabağ separatçılarının “payına” düşüb. 
 
Respondentlərin 9,8%-i bütün dövlətləri günahkar bilib, 4,5% cavab verməkdə çətinlik çəkib, 2,4% isə digər cavablar verib.
 
Xatırladaq ki, Laçın yolu ermənilərin iddia etdiyi kimi bağlı deyil. Hər gün buradan BQXK-nın və rus sülhməramlılarının 100-ə yaxın avtomobili keçir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...