İranlı nazir Azərbaycanı hədələdi - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

İranlı nazir Azərbaycanı hədələdi

Siyasət A- A A+
İranın informasiya naziri İsmayıl Xətib Kirmanşah əyalətinə səfəri zamanı yerli təhlükəsizlik şurasının iclasında çıxışı zamanı Azərbaycanı hədələyib.
 
Ednews  Telegram kanallarına istinadən xəbər verir ki, o, qonşu ölkələrə öz təhlükəsizliyini qoruyub saxlamaq üçün İsraildən uzaq durmağı tövsiyə edib.
 
Nazir “qonşu ölkə” deməklə İsraillə isti münasibətlər quran Azərbaycana işarə edib.
 
“Sionist rejim bütün iddiaları ilə süquta uğrayır. Ölkə daxilindəki çəkişmələr, fələstinlilərin müqaviməti bunun əsas nümunəsidir. Bölgə əhalisinin bəsirət və ağıllı hərəkətləri sayəsində sionistlərə qarşı daha ciddi addımlar atılacaq”, deyə o, qeyd edib. 
 
İsmayıl Xətibin sözlərinə görə, bu gün regionda İran xalqının müqavimət göstərdiyi Amerika kimi böyük bir güc meydana çıxıb:
 
“Son vaxtlar baş verən iğtişaşların nəticəsindən məyus olan düşmən (ABŞ-ı nəzərdə tutur) beynəlxalq təzyiqlərlə sanksiyaları gücləndirir, informasiya müharibəsi aparır, ölkəmizin güc və təhlükəsizliyinin simvolu olan SEPAH-a qarşı hücum etməyə çalışır”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...