Qiymət artımı keyfiyyətə təsir etməyəcək - Nəqliyyat ekspertindən TƏNQİD - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Qiymət artımı keyfiyyətə təsir etməyəcək - Nəqliyyat ekspertindən TƏNQİD

Cəmiyyət A- A A+

Xəbər verdiyimiz kimi ictimai nəqliyyatın qiyməti bahalaşıb. Belə ki, ictimai nəqliyyatda gediş haqqı 10 qəpik artaraq 40 qəpiyə yüksəlib. Maraqlıdır ki,  ictimai nəqliyyatın qiymətinin artması sərnişindaşıma xidmətlərinin  keyfiyyətinə necə təsir göstərəcək?

Məsələ ilə bağlı Ednews-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu sahədə müsbət heç bir şey baş verməyəcək.  

“Düşünmürəm ki, ictimai nəqliyyatda qiymət artımının olması bu sahədə keyfiyyət artımına gətirib çıxaracaq. Çünki  bununla bağlı özəl daşıyıcıların qarşısında hər hansı bir tələb qoyulmayıb. Özəl daşıyıcılar keyfiyyətsiz xidmət göstərirdilər. Elə bundan sonra da belə də qalacaq”.

Ayan Rzayeva



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...