Bakı-Qazax şossesində ağır QƏZA - DÖRD yaralı var - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Bakı-Qazax şossesində ağır QƏZA - DÖRD yaralı var

Cəmiyyət A- A A+
Bakı-Qazax şossesində qəza baş verib. Dörd nəfərin xəsarət aldığı bildirilir.
 
Ednews apa.az-a istinadən xəbər verir ki, qəza zamanı xəsarət alan iki nəfərin vəziyyəti ağırdır.
 
Hadisə Qızıldaş qəsəbəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı mikroavtobus paytaxt istiqamətinə hərəkətdə olarkən minik maşını ilə toqquşub.
 
Qəza nəticəsində 1989-cu il təvəllüdlü Orucov Mehman Bəxtiyar oğlu, 1973-cü il təvəllüdlü Orucova Sevinc Kamal qızı və 1954-cü il təvəllüdlü Eminov Nazim Səməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Yaralılar Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.
 
Baş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...