Sumqayıtda avtomobil qadını vuraraq öldürüb.
Ednews apa.az-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Rəsulov Anar Hacıoğlan oğlu idarə etdiyi "Ford Mondeo" markalı avtomobillə idarəetməni itirib səkiyə çıxaraq yolun kənarı ilə hərəkətdə olan piyada 1965-ci il təvəllüdlü Eyvazova Aqibət Ağasəlim qızını vurub.
Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.