Ağdam Sənaye Parkında 800-dən çox iş yeri yaradılacaq - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Ağdam Sənaye Parkında 800-dən çox iş yeri yaradılacaq

Cəmiyyət A- A A+

2022-ci ildə Ağdam Sənaye Parkında 12 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən Sənaye Parkına 66 milyon manatdan çox investisiya yatırılması və 800-dən çox iş yerinin yaradılacağı nəzərdə tutulur.

Ednews xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.

Sədr bildirib ki, Sənaye Parkında ilk müəssisələrin 2023-cü ilin sonlarında fəaliyyətə başlaması nəzərdə tutulur.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...