Bu tarixdən Azərbaycanda mobil telefonlar BAHALAŞIR? - AÇIQLAMA - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Bu tarixdən Azərbaycanda mobil telefonlar BAHALAŞIR? - AÇIQLAMA

Cəmiyyət A- A A+
Fevralın 15-dən ölkəyə gətirilən mobil telefonların IMEI kodları gömrükdə bəyan olunmalıdır ki, həmin telefonu qeydiyyatdan keçirib istifadə etmək mümkün olsun.  

IMEI şifrəsinin qeydiyyatı bir telefon üçün 20-150 manata başa gələcək. Bu qanundan sonra telefon üçün həm artıq gömrük rüsumu, həm də IMEI qeydiyyat rüsumu ödənilməlidir.

Bu isə cəmiyyət arasında əsaslı şikayətlərə səbəb olub. 

Rüsum qiyməti olduğu halda  İMEİ qiymətinə nə ehtiyac var? 

“Fevralın 15-dən etibarən  artıq fiziki şəxslər üzərində gətirdikləri smartfonları gömrükdə bəyan etməli olacaqlar. Burada İMEİ kodunun bəyan edilməsindən söhbət gedir. Əslində mövcud qaydaya görə üzərinizdə gətirdiyiniz məhsulun dəyəri 800 dolları keçirdisə, bunu mütləq şəkildə gömrüyə bəyan etməli idiniz. Lakin bu tənzimlənmirdi”. 

Bu sözləri Ednews-a açıqlamasında İT mütəxəssisi Fərid Pərdəşünas bildirib. Onun sözlərinə görə gömrük əməkdaşları ölkəyə daxil olan hər bir sərnişinin üzərində axtarış aparmırdılar.  

“Səyahət edən insanlar rahatlıqla bir neçə telefonu ölkəyə gətirə bilirdilər. Hətta  bəzi alverçilər çox sayda telefonları ölkəyə gətirməyə  çalışırdılar. Sırf bu kimi hadisələrin qarşısını almaq üçün İMEİ kodunu bəyan edilməsi məsələsi ortaya atıldı. Bu qanun fevralın 15-dən tətbiq olunacaq. Siz  mütləq qaydada yeni bir smartfonu ölkəyə gətirirsinizsə  bunu gömrükdə İMEİ kodu ilə birlikdə bəyan etməlisiniz. Bu günə kimi siz smartfonu rahatlıqla ölkəyə   bəyan etmədən də  gətirə bilirdiniz. Bu qaydanı bir az daha sərləşdiriblər”. 

O, həmçinin qeyd edib ki,  smartfonu ölkəyə daxil edəndən sonra  mütləq qaydada onun İMEİ qeydiyyatını da aparmalısınız.  

“Smartfonun məbləğindən 800 dollar çıxılır  yerdə qalan məbləğə gömrük rüsumu hesablanır. Təxmini bu qiymətin 36 faizdir. Düşünürəm ki, telefonların rüsumlarının azaldılmasına yenidən baxıla bilər”. Mütəxəssis təklif edib ki, vətəndaşlar İMEİ kodlarının qeydiyyatını aşağı qiymətə aparsalar daha yaxşı olar.

“Bu qərarın qəbul olunmasında əsas məqsəd işbazların etdiyi hərəkətlərin qarşısını almaqdır. Bazarda  xarici ölkələrdən gətirilən smartfonları bu yollarla gətirib daha ucuz qiymətə satan mağazalar var idi. Onlar  birbaşa  gömrük rüsumlarını ödəmədikləri üçün telefonları daha ucuz bazarda satıb haqsız rəqabətə yol açırdılar”.

Ayan Rzayeva



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...