Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

Cəmiyyət A- A A+
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də rəsmi qarşılanma mərasimi olub.
 
Ednews  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rumıniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisi qarşılayıb.
 
Fəxri qarovul dəstəsinin rəisi Rumıniya Prezidentinə raport verib.
 
Prezident Klaus Yohannis Azərbaycan əsgərlərini salamlayıb.
 
Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
 
Rumıniyanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
 
Azərbaycan nümayəndə heyəti Rumıniya Prezidentinə, Rumıniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
 
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin qarşısından keçib.
 
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...