Xaricdə təhsil alan gənclər niyə vətənə qayıtmaq istəmir? SƏBƏBLƏR

Cəmiyyət 17:50 02.02.2023
Xaricə üz tutan gənclər... 
 
Son illərdə gənclərimizin xaricə axını ciddi problem olaraq qalır. Xaricdə təhsil alan gənclər ölkəyə qayıdıb işləməkdə, qazandıqları bilik və bacarıqlarla cəmiyyətə fayda verməkdə maraqlı olmurlar. 
 
Məsələ ilə bağlı Ednews-a açıqlama verən iqtisadçı ekspert Azər Mehdiyev bildirib ki, ölkədə iş yerlərinin məhdud olması, ali təhsilin dünya standartları səviyyəsində olmaması, əmək bazarında bəzi peşə sahiblərinə tələbatın azalması və s. səbəblərdən gənclər arasında işsizlik səviyyəsi yüksək olaraq qalır:
 
“Hətta yeni işə düzələn gənclərin də aldıqları məvacib onların özlərini lazımi həyat şəraiti ilə təmin etmələrinə kifayət etmir. Gənclər özlərinə ev almaqda çətinlik çəkir, yaşam səviyyələrini yaxşılaşdıra bilmirlər. İşi ola gənclər isə arzuladıqları, özlərini xoşbəxt hiss edəcəkləri iş mühiti ilə qarşılaşmırlar. Həm əmək haqqının azlığı, həm də ləyaqətli iş mühiti problemi gəncləri usandırır. Onlar öz bilik və bacarıqlarını tam ortaya qoya bilmirlər, yaradıcı ruhları çərçivəyə salınır. Gənc ailələr ailəsinin, övladlarının gələcəyini düşünür, onlara daha yaxşı həyat bəxş etməkçün çıxış yolunu xaricə getməkdə görürlər”. 
 
“Mc Donalds”da ofisiant işləyən universitet məzunları...
 
Universiteti bitirən gənc ABŞ-a gedib “Mc Donalds”da işləməyi daha üstün tutur, nəinki ölkədə qalıb ixtisası üzrə işləməyi...
 
“Əgər bir gənc ölkədə qalıb daha yüksək maaşla ixtisası üzrə işləməyi yox, ABŞ-da, Polşada ofisiantlıq etməyi üstün tutursa, deməli, ölkə xaricindəki həyat daha rahat və ümidvericidir. Bu problemlər əlaqədar qurumları ciddi düşündürməlidir. İqtisadiyyat elmində bunun adı var – “ayaqlarla səsvermə”. Yəni, insanlar olduqları ölkədə yaşam şərtlərindən narazıdırlar və həyatlarını rahat şəkildə davam etdirmək üçün daha etibarlı bölgələrə üz tuturlar. Araşdırılmalıdır, gənclər arasında sorğular aparılmalıdır ki, bu gün Azərbaycan gəncliyi ən çox hansı problemlərdən əziyyət çəkir və müvafiq strategiya hazırlanmalı, islahatlar edilməlidir”.     
 
“Beyin axını”...
 
Psixoloq Azad İsazadə bildirib ki, “beyin axını” qlobal bir problemdir və bütün dünyada müşahidə olunur:
 
“Beyin axını ilə yanaşı, bu gün xaricdə əldə etdiyi bilik və bacarıqları qayıdıb öz ölkəsində tətbiq edən, cəmiyyətə fayda verən, xüsusilə 35 yaş üzəri bir təbəqə də mövcuddur. Xaricdə təhsil alan gəncləri ölkəyə qazandırmaq üçün biz onlara nə təklif edirik? Elmlə məşğul olmaq istəyən gənclər üçün ölkədə texniki imkanlar, təchizat yoxdur. Elmi təcrübələr, araşdırmalar aparmaq üçün laboratoriyalara, tədqiqat mərkəzlərinə ehtiyac var. Azərbaycan təhsili inkişaf etmək istəyən, yeniliklikçi gəncləri qane etmir”. 
 
Xaricdə tibb təhsili alan gənclər...
 
Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev isə qeyd edib ki, müasir təhsil standartlarına cavab verən xarici universitetləri bitirən gənclər Azərbaycanda təklif edilən iş mühiti və əmək haqqı ilə razılaşmırlar: 
 
“Xaricdə tibb təhsili alan gənc illərlə yüksək təhsil haqqı ödəyir. Niyə gəlib Azərbaycanda hansısa klinikada 800-1000 manat məvaciblə çalışsın kİ?! İcbari Tibbi Sığorta ilə bağlı Dövlət Proqramında xaricdə tibb təhsili alan gənclərə daha yüksək əmək haqqı veriləcəyi nəzərdə tutulub. Bu siyasət həmçinin digər peşə sahələrində də tətbiq edilməlidir. Təkcə dövlət müəssisələri deyil, özəl qurumlar da bu işdə maraqlı olmalıdırlar. Şirkətlərdən xaricdə təhsil alan gənclər üçün daha az vergi tutulmalıdır. Avropa ölkələrində universitet tələbələri artıq 3-cü kursdan hansı şirkətdə, idarədə işləyəcəklərini bilirlər”.
 
 
Törə Zeynallı
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" yarımfinala yüksəldi
10:06 05.07.2025
Yaponiyada güclü zəlzələ baş verib
09:32 05.07.2025
Hamısı