Məşhur rusiyalı müğənni ürəyindən əməliyyat olundu - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Məşhur rusiyalı müğənni ürəyindən əməliyyat olundu

Cəmiyyət A- A A+

Bu günlərdə Moskvanın kardioloji mərkəzlərindən birinə aparılan rusiyalı müğənni və bəstəkar İqor Nikolayev ürəyindən əməliyyat olunub.

Ednews oxu.az-a istinadən xəbər verir ki, 63 yaşlı sənətçinin koronar anjioqrafiyadan keçdiyi və ürəyinə stent taxıldığı bildirilib.

Xatıraladaq ki, yanvarın 31-də Nikolayev infarkt keçirərək xəstəxanaya yerləşdirilib. Müğənni üçün bu, ikinci infarkt olub. O, sonuncu dəfə 2021-ci ildə belə vəziyətlə qarşılaşıb.

Qeyd edək ki, İqor Nikolayev 1980-ci ildə Moskva Mədəniyyət İnstitutunun Estrada fakültəsini bitirib. Bundan sonra bəstəkar kimi sənət adamları ilə əməkdaşlıq edib, həmçinin solo ifaçı kimi çıxış edib.

2001-ci ildə Əməkdar İncəsənət Xadimi, 2019-cu ildə isə Rusiyanın Xalq artisti adını alıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...