Türkiyədə təbii fəlakət nəticəsində binaların dağıntıları altında qalan insanların xilasetmə işləri davam edir.
Ednews xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı çoxsaylı görüntülər yayılıb.
Kadrların birində uşaqların uçqun altından xilas edilmələri əks olunub.
Türkiyədə güclü zəlzələ olub. Zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 yaralı var. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.