“Bu gün səhər saatlarında baş verən zəlzələlər nəticəsində Kahramanmaraş, Malatya, Qaziantep, Diyarbəkir, Adana, Hatay, Kilisd və Osmaniyədə olan əsgərlərimiz də zərər çəkib”.
Ednews xəbər verir ki, bu açıqlamanı Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi yayıb.
“Yeraltı təkanların vurduğu zərərin qiymətləndirilməsi işləri davam etdirilir”, - deyə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.
Nazirliyin yaydığı digər bəyanatda isə qeyd olunub ki, Türkiyənin milli müdafiə naziri nazir Hulusi Akar və Quru Qoşunları komandanı, ordu generalı Musa Avsever zəlzələnin baş verdiyi ərazilərə yollanıblar.