General-mayor: - "Son ana qədər qardaş Türkiyənin yanında olacağıq" - ednews.net

20 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

General-mayor: - "Son ana qədər qardaş Türkiyənin yanında olacağıq"

Cəmiyyət A- A A+
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə yollanan Fövqəladə Hallar Nazirliyinin 420 nəfərlik şəxsi heyəti Adana şəhərinə çatıb.
 
Ednews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov deyib. 
 
O bildirib ki, Adanaya çatan FHN-in çevik xilasetmə qüvvələrindən ibarət heyət zəlzələnin nəticələrinin aradan qaldırmaq üçün hazırda hadisə yerinə yola düşür:
 
"Fəsadların aradan qaldırılmasında Azərbaycan xilasediciləri qardaş Türkiyənin son ana qədər yanında olacaq və sona qədər fəaliyyət göstərəcəyik".
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...