Şuşa yolunda komandir keşik çəkən əsgərlərinin qarını təmizləyir - VİDEO - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

Şuşa yolunda komandir keşik çəkən əsgərlərinin qarını təmizləyir - VİDEO

Cəmiyyət A- A A+
Dünəndən başlayaraq ki, etiraz aksiyası keçirilən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində qar yağır.
 
Buna baxmayaraq azərbaycanlı könüllü gənclər və ekoloqlar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edirlər.
 
Onların mühafizəsi isə DİN-in Daxili Qoşunlarının hərbçiləri tərəfindən qorunur.
Ednews xəbər verir ki, Telegram kanallarında yayılan görüntülərdə komandir keşik çəkən əsgərlərinin qarını təmizləyir.
 
Bu kadrlar sosial şəbəkələrdə müsbət qarşılanıb.
 
Xatırladaq ki, Laçın-Xankəndi yolunda baş tutan aksiya 59 gündür davam edir. 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...