Miriam və Məryəm adlı iki müsəlman qadın Fransa polisləri tərəfindən döyülərək, polis idarəsinə aparılıblar.
Ednews xarici mənbələrə istinadən bildirir ki, polis tərəfindən şiddətə məruz qalan xanımlar 24 və 25 yaşlarında gənc tələbələr olub. Döyülən qızlar mediaya bildiriblər ki, bu hadisə 2022-ci ilin aprel ayının 14-də baş verib və qızlar hadisə ilə bağlı məhkəməyə çağırılıblar.
Miriam deyib ki, Parisdə “Klişi” körpüsünün altındakı piyada keçidinin yaxınlığında sürətlə hərəkət edən polis məmurları onları döymək üçün hücum edib.
“Piyada keçidində yaşıl işıq yansa da polislər maşınla üzərimizə gəldi. Daha sonra polis məmurları bizimlə danışmaq istədiklərini dedi. Zabitlərdən biri maşından düşərək rəfiqəmin qolundan tutdu, daha sonra bizi döyməyə başladılar”.
Məryəm deyir ki, hadisə zamanı o qışqırmağa başlayıb. Bu məqamda da şahidlər ətrafa yığışıb. Myriam və Məryəm polislərin onları izləyəcəyindən qorxaraq məscidə sığınıblar.
Miriam və Məryəm, olanlarla bağlı şikayət etdiklərini, lakin bir neçə ay əvvəl məhkəmədən onların şikayəti barədə rədd cavabı gəldiyini bildiriblər.
"Vəkilimiz işdən çıxmayacaq, mübarizəni davam etdirəcək",- deyə o, bildirib.
Məryəm əlavə edib ki, o, zabit tərəfindən vurulduqdan sonra huşunu itirib.
"Gözlərimi açanda palatada rəfiqəmi gördüm. Mənim həm ürəyimdə həm də ümumən səhhətimdə problem var",- deyə, Məryəm bildirib.
Gənc qadın həmçinin vurğulayıb ki, polis əməkdaşlarına özlərini müdafiə etmək üçün müqavimət göstərdiklərinə görə ifadə verməyə çağırıblar.
Onların vəkili Nabil Boudi deyib ki, Fransa məhkəməsi ya ifadə verdikdən sonra onları azad etməli, ya da dərhal qərar verməlidir.
Elnur Ənvəroğlu