Türkiyədə 13 yaşlı uşaq xilas edilib.
Ednews xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, hadisə Kahramanmaraşda qeydə alınıb.
Uşaq 55 saat dağıntılar altında qalıb. Bütün bu müddət ərzində o, tutuquşunu əlindən buraxmayıb.
Onun xilas edilməsində Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərindən olan mütəxəssislər iştirak ediblər.