QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirilib

Cəmiyyət 11:18 09.02.2023
Bu gün ADA Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti ilə birgə təşkil edilən QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirilib.
 
Ednews xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Xarici İşlər Nazirliyinin, ADA Universitetinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsul şəxsləri, QHT rəhbərləri və media mənsubları iştirak ediblər.
 
O cümlədən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezindeti Umud Mirzəyev, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının eksperti Toğrul Məmmədli, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov və bir sıra QHT nümayəndələri qatılıblar. 
 
Əvvəlcə konfransda qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
QHT-lərin ixtisaslaşdığı müxtəlif sahələr üzrə (insan hüquqları, təhsil, mədəniyyət, ətraf mühit, sağlamlıq və s.) beynəlxalq təşkilat və QHT-lərlə, habelə xarici ölkələrin QHT-ləri ilə əməkdaşlıq qurulmasının perspektivləri (o cümlədən mövcud əməkdaşlıqların gücləndirilməsi); Beynəlxalq QHT platformalarında Azərbaycan QHT-lərinin təmsilçiyi və fəallığının təmin olunması, Azərbaycan QHT-lərinin BMT-nin insan hüquqları üzrə nizamnamə və müqavilə mexanizmlərindən, habelə digər beynəlxalq platformalardakı mexanizmlərdən istifadə etməklə Azərbaycan dövlətinin milli maraqlarını müdafiə etməsi, Azərbaycanın zəngin multikonfessional mədəni irsi və mühiti barədə beynəlxalq ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması, 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi cinayətlər, mülki əhaliyə qarşı terror aktları, hərbi əsirlərə qarşı olan işgəncələr və digər hərbi cinayətlər barədə Azərbaycanın mövqeyinin çatdırılması məqsədilə ATƏT, BMT-nin İnsan Hüquqları mexanizmləri, o cümlədən xüsusi məruzəçilər, Universal Dövri İcmal və digər beynəlxalq müstəvilərdə davamlı işin aparılması və digər önəmli məsələlər müzakirə edilib.
 
Konfransa açılış nitqi ilə başlayan Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru A.Əliyeva bildirib ki, Agentlik QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsi istiqamətində müxtəlif fəaliyyətlər icra edir və ənənəvi qrant müsabiqələri çərçivəsində, eyni zamanda səfər qrantı müsabiqəsi çərçivəsində QHT-lərin beynəlxalq istiqamətdə layihələri dəstəklənir, onların beynəlxalq təşkilatların müxtəlif tədbirlərində iştirakı təmin edilir.
 
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək, keçirilən tədbirin Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin dəyərləndirilməsi və gələcək hədəflərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizdə beynəlxalq çıxışı olan əksər QHT-lər hər zaman milli maraqlarımızın qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, qaçqın və məcburi köçkünlərimizin hüquqlarının müdafiəsi və digər istiqamətlərdə ciddi səylər göstərmiş, dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltmişlər. 44 günlük Vətən Müharibəsindən sonra yaranmış mövcud reallıqlar QHT-lərimiz qarşısında yeni vəzifələr qoyur. Bu xüsusda Azərbaycan QHT-ləri beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətini daha da təkmilləşdirməli, beynəlxalq platformaların işində yaxından iştirak etməli, müxtəlif sahələrdə müsbət təcrübələrin mübadiləsi və s. təşəbbüslərlə çıxış etməlidirlər.
 
V.Quliyev son illər Azərbaycan QHT-lərinin BMT-nin İqtsadi və Sosial Şurasında (ECOSOC), habelə ayrı-ayrı ixtisaslaşmış beynəlxalq şəbəkələrdə QHT-lərimizin təmsilçiliyindəki keyfiyyət artımını da müsbət dəyərləndirib, davamlılığının qorunub saxlanmasının vacibliyini bildirib.
 
Sonra çıxış edən digər natiqlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Yalçın Rəfiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri İsrail İsgəndərov, Günel Səfərova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev QHT-lərin ixtisaslaşdığı müxtəlif sahələr üzrə (insan hüquqları, təhsil, mədəniyyət, ətraf mühit, sağlamlıq və s.) beynəlxalq təşkilat və QHT-lərlə, habelə xarici ölkələrin QHT-ləri ilə əməkdaşlıq qurulmasının perspektivləri (o cümlədən mövcud əməkdaşlıqların gücləndirilməsi, beynəlxalq QHT platformalarında Azərbaycan QHT-lərinin təmsilçiyi və fəallığının təmin olunması və digər mövzulara toxunaraq bugünki konfransın əhəmiyyətli olacağını bildiriblər.
 
Çıxışlardan sonra konfrans QHT-lərin müzakirəsi əsasında davam edib və təkliflər səsləndirilib. 
 
Qeyd edək ki, konfransın təşkilatçısı QHT-lərə dəstək agentliyidir.
 
Oğuz Ayvaz 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" yarımfinala yüksəldi
10:06 05.07.2025
Yaponiyada güclü zəlzələ baş verib
09:32 05.07.2025
Hamısı