Bakıdan Türkiyəyə 35 TIR yardım GÖNDƏRİLİB - ednews.net

28 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Bakıdan Türkiyəyə 35 TIR yardım GÖNDƏRİLİB

Cəmiyyət A- A A+
Zəlzələ baş verəndən indiyədək Bakıdan Türkiyəyə 35 TIR göndərilib.
 
Ednews xəbər verir ki, bunu Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Cengiz Aygor deyib.
 
Onun sözlərinə görə, artıq dördüncü gündür zəlzələdən zərərçəkən vətəndaşlar üçün yardım toplama kampaniyası davam edir:
 
"Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır. İndiyə kimi 35 TIR qardaş ölkəyə salınıb. Bu gün daha 10-15 TIR-ın yola salınması nəzərdə tutulur".
 
C.Aygor vurğulayıb ki, gətirilən geyimlər növünə görə çeşidlənir:
 
"İkinci əl geyimlər ayrı, təzələri isə ayrı qutulara yığılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi təlim keçən itlər vasitəsilə hər qutunu yoxlayır və sonra TIR-lara yüklənir".


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...