Bakının Xətai rayonunda yol qəzası baş verib.
Ednews apa.az-a istinadən xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.
“Ford” markalı yük maşınının sürücüsü asfalt qatının buz bağlamasına görə sükana nəzarəti itirib.
Nəticədə yük maşını geriyə çevrilib. Bundan sonra eyni istiqamətdə olan “Toyota” markalı avtomobil “Ford” a çırpılıb. Digər beş maşın zəncirvari olaraq bir-birinə çırpılıb.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Əraziyə Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
Yol Patrul Xidmətinin əməkdaşları növbəti qəza olmaması üçün tədbir görüb. Sürücülərə paytaxt ərazisində, xüsusilə körpü üzərində ehtiyatlı olmaq tövsiyə edilib.