Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələdən sonra Malatyadakı itkilər açıqlanıb.
Ednews xəbər verir ki, Malatya valiliyinin açıqladığı son məlumatlara görə, bölgədə 1346 nəfər həyatını itirib.
Vali qeyd edib ki, 6962 nəfər yaralanıb.
O eyni zamanda, 1154 binanın dağıldığını da bildirib.