“Bakıda start verilən yardım kampaniyası daha sonra Heydər Əliyev adına İdman Kompleksinə sığmayacaq qədər genişləndi”.
Ednews xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı keçirdiyi brifinqdə səsləndirib.
“Könüllü olaraq hərəkətə keçən bütün qardaşlarımıza, iş adamlarına ürəkdən təşəkkür edirəm. Eyni zamanda, zəlzələdən sonrakı gün Prezident İlham Əliyev başsağlığı vermək üçün səfirliyimizə təşrif buyurdu. Eyni qaydada Dövlət başçısı yardım kampaniyasının koordinasiya edilməsilə bağlı da təlimatlar verdi”, - deyə səfir əlavə edib.
Cahit Bağçı bir sıra dövlət rəsmilərinin, o cümlədən nazirlərin səfirliklə əlaqə yaradaraq başsağlığı verdiklərini qeyd edib.
Oğuz Ayvaz