Supermodel Bella Hadid Kahramanmaraşda baş verən 7,7 və 7,6 ballıq zəlzələlərin böyük dağıntılara səbəb olduğu Türkiyə və Suriyaya yardım çağırıb.
Ednews Expatguide Turkey-ə istinadən xəəəbər verir ki, dünyaca məşhur model Bella Hadid Kahramanmaraş zəlzələsindən sonra həm Türkiyə, həm də Suriya üçün kömək çağırışı edib.
26 yaşlı Fələstin əsilli amerikalı model İnstaqram hesabından Türkiyə xəritəsi ilə məlumat xarakterli mətn dərc edib.
“Bu inanılmaz ölkələr və insanlar üçün çox üzgünəm. Düşünürəm ki, yaxın gələcəkdə daha çox şey edə bilərəm. Ancaq hələlik sizi etibarlı təşkilatlarla tərk edəcəyəm. Mən səni sevirəm."
Məşhur model izləyicilərinin kömək etməsini istədiyi təşkilatları UNICEF, Suriyada Ağ Dəbilqəlilər, Suriya-Amerika Tibb Assosiasiyası, Beynəlxalq Tibb Assosiasiyası və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı kimi sadalayıb.
Türk izləyiciləri Hadidin zəlzələ qurbanlarına kömək çağırışına axışıb.
Ayan Rzayeva