Xəbər verdiyimiz kimi almaniyalı jurnalist Martin Lejeune Türkiyənin zəlzələ baş verən bölgələrinə səfər edib.
O, orada gördükləri haqqında özəl olaraq Ednews-a müsahibə verib. Martin müsahibədə zəlzələnin yaratdığı fəsadlardan danışıb.
“Türkiyənin təxminən 20 milyon əhalisi bu zəlzələdən zərər çəkib. Mən hələ Hatayda olanda və 5 bala qədər zəlzələ baş verəndə bədənim titrəyirdi. Deməliyəm ki, hazırda Türkiyədə insanların daha çox müalicə dəstəyinə ehtiyacları var. Türkiyənin xəstəxanaları həddindən artıq doludur”.
O, həmçinin zəlzələnin insanlara psixoloji təsir etdiyini vurğulayıb.
Bunun psixoloji təsirlər var, insanlar travma alıb, hələ də hadisənin şokundadırlar. Buna görə də psixoloji problemləri olan insanlara dəstək üçün beynəlxalq yardıma ehtiyacı olduğunu düşünürəm”.
John Ayomide