İtaliyanın Antakyaya göndərdiyi səhra xəstəxanasının tikintisinə başlanılıb.
Ednews Hürriyet-ə istinadən xəbər verir ki, İtaliyanın şimalındakı Piedmont bölgəsinin bağışladığı səhra xəstəxanası, digər bölgələrdən toplanan tibbi avadanlıq və yardım materialları İskəndərun limanına çatıb.
Səhra xəstəxanasında işləmək üçün bir qrup həkim briqadası və Mülki Müdafiə zabiti də bu səhər Mali Polisinə məxsus iki təyyarə ilə Türkiyəyə yola düşüb.
Fevralın 6-da baş verən zəlzələlərdən sonra İtaliya Türkiyəyə yanğınsöndürənlər, mülki müdafiə və sağlamlıq qruplarından ibarət axtarış-xilasetmə qrupu göndərib. Birinci komanda ötən gün öz missiyasını yeni bölməyə təhvil verərək ölkəyə qayıdıb.
Ayan Rayeva