Türkiyənin Malatiya şəhərində baş verən zəlzələ zamanı dünyasını dəyişən Şahin Vəliyevin cənasəsi Gəncə şəhərində yaşadığı Cavad Xan qəsəbəsinə gətirilib.
Ednews xəbər verir ki, Şahin Vəliyevlə yaşadığı evdə vida mərasimi keçiriləcək.
21 yaşlı tələbənin günorta saatlarında Gəncədə dəfn edilməsi gözlənilir.
Qeyd edək ki, 21 yaşlı Şahin Vəliyev Malatya İnönü Universitetində İdman menecerliyi ixtisasında oxuyub. Malatya şəhəri Zəfər məhəlləsində yaşayıb.
Onun dağıntılar altından çıxarılan meyitini dayısı təsdiq edib. 21 yaşlı tələbənin cənazəsi bu gecə vətənə gətiriilib.
Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün - İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzanin meyiti tapılıb.Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.