Malatyanın Doğanşehir mahalına bağlı Kurucaova kəndindəki Kızılzarf dağı Kahramanmaraş mərkəzli zəlzələlərdə ikiyə bölünüb.
Ednews Hürriyyetə istinadən xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə 42 nəfər həlak olması ilə nəticələnən Kurucaova ilə üzbəüz dağ iki yerə bölünüb. Kənd camaatı bildirib ki, hələ belə bir fəlakət görünməyib.
Kənddə 47 nəfərin həyatını itirdiyi zəlzələdən sağ çıxan İbrahim Tatlı vəziyyətin çox çətin olduğunu vurğulayıb.
"Canımızı çətinliklə xilas etdik. Evdən çıxanda gördük ki, dağda böyük bir çat var. Dağın ikiyə bölündüyünü görənlər dedilər ki, od kürəsi çıxıb. İndi pis vəziyyətdəyik. Ümid edirik bu günləri geridə qoyacağıq".
Ayan Rzayeva