Azərbaycanda hansı bayramlar LƏĞV OLUNMALIDIR? 8 Martla bağlı SƏRT TƏNQİD

Cəmiyyət 14:01 17.02.2023

Xəbər verdiyimiz kimi, Ukrayna Ali Radasının bir qrup deputatı parlamentə 8 Mart - Beynəlxalq Qadınlar, 1 May – Beynəlxalq Əmək və 9 May - Qələbə Günlərinin qeyd olunmasından imtina ilə bağlı qanun layihəsi təqdim ediblər. SSRİ-ni simvolizə edən 1 May Günü Azərbaycanda çoxdan ləğv olunub, 8 Martla bağlı isə hər il müzakirələr açılsa da, rəylər birmənalı olmur. Qələbə gününə gəlincə, Azərbaycanın öz QƏLƏBƏ günü var - 8 noyabr Zəfər Günü...

Azərbaycanda soveti, sosializmi simvolizə edən bayramları ləğv etməliyikmi? Ednews bu barədə tanınmış ictimai şəxlər arasında sorğu keçirib. Cavabları təqdim edirik. 

Millət vəkili Fazil Mustafa Ednews-a açıqlamasında bildirdi ki, bayramlar məsələsinə indiki zamanda formal xarakter kimi baxılmalıdır.

“8 Mart bayramının heç bir zərəri yoxdur. Qadın hüquqlarının müdafiəsi istiqamətində bir çağırış günüdür. Bu günü biz yersiz, səviyyəsiz formada “Gül” bayramına, “Qadınlara hədiyyə vermək” bayramına çevirmişik. Amma “Hüquq vermə” bayramına çevirə bilməmişik. 8 Martı öz anladığımız, qavradığımız Şərq anlayışı ilə davam etdiririk. “Qadına rüşvət vermə” bayramı kimi qiymətləndiririk. Qadının hüququnu, şərəfini qorumaq, ucalığını təmin etmək kimi anlayışa çox vaxt sahib olmuruq. Ona görə də anlayışımız dəyişməlidir”. 

Deputat digər bayramlara da toxundu. Onun sözlərinə görə, 1 May da zəhmətkeşlərin bir anım günüdür. İstəsələr qeyd edə bilərlər. 

“Dövlət və kütləvi səviyyədə qeyd etməyin bir mənası yoxdur. Digər tərəfdən 9 May indiki Rusiya ilə münasibətlər zəminində baxılmalıdır. Məncə, bu məsələyə də toxunmaq olmaz. Ukraynada verilən, atılan addımın bizlə əlaqələndirilməsini doğru hesab etmirəm. Azərbaycan öz maraqlarından çıxış etməlidir. 

Yazıçı Səfər Alışarlının sözlərinə görə isə Azərbaycandan sovet bayramlarını müasir rus idarəçiliyi ilə bir yerdə süpürüb atmaq lazımdır. Sovet dövründə rus buradakı sosial vəziyyətə görə məsuliyyət daşıyırdı.

“Adamlar öz şikayətlərini Kremlə ünvanlayıb cavab və ədalət tələb edirdilər. İndi rus bizdəki heç bir sahəyə görə məsuliyyət daşımır, ancaq hazır milyardlarımızı əlimizdən alıb sümürür. Prinsip ondan ibarətdir ki, keçmiş sovet respublikalarında xalqın vəziyyəti nə qədər pis və ağır olsa, Moskva üçün bu, bir o qədər əlverişlidir. Yəni öz hakimiyyətindən əli üzülən bu türk xalqlarını təzədən asanlıqla qaytarıb SSRİ boyunduruğu altına salmaq mümkün olar. Məsələn, bizdə niyə uşaq pulu verilmir? Və ya niyə yaşlı əhalinin 90 faizi 300 manat pensiya ilə dolanmağa məhkum edilib? Elə bilirsiniz, Azərbaycanın pulu yoxdur? Var. Azərbaycanın pulunu korrupsionerlər büdcədən və müxtəlif vasitələrlə xalqın boğazından çıxarıb rusa, ingilisə və başqalarına yedizdirirlər. Məsələn, Parisdə Luvr muzeyini, Romada orta əsr qəbirstanlıqlarını, Həştərxan, Pyatiqorsk, Jeleznovodsk, Krasnodar, Moskva şəhərlərində yararsız hala düşmüş yaşayış binalarını, bit basmış Bolqarıstanda türkün yenilmək rəmzinə çevrilmiş qalanı və sairi təmir edirlər. Bu layihələrə milyardlarla Azərbaycan vəsaiti xərclənir. Media sovet bayramları ilə yox, belə real şeylərlə məşğul olmalıdır”.

Oğuz Ayvaz

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Hamısı