Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elan etdiyi mənzil satışı proqramının icrası barədə ətraflı məlumat verib.
Bunu Ednews-a açıqlamasında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Vüqar Əliyev deyib.
O bildirib ki, nazirliyin elan etdiyi mənzil satışı proqramı yanvar ayından aktiv şəkildə davam edir:
"23 yanvardan 1 iyula qədər bron və satış prosesi davam edəcək. Artıq mərhələli şəkildə işlərimizi görürük. Ümumiyyətlə, Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin artımı 5 dəfə artıb. Mənzil təminatı proqramından 13 min nəfər yararlanıb. Əsas məqsədimiz Bakı üzrə ilkin təminatdan sonra satışa çıxarılacaq mənzillərin sayını müəyyən etməkdir. Həmin bu mənzillərin satışından əldə olunan vəsait rayonda yaşayan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün həyat şəraitini yaxşılaşdırmaq üçün işlər görüləcək”.
Ümummillikdə, Bakı ərazisində 3 kompleks, Abşeron rayonu ərazisində 1 kompleks, Samux rayonunda isə 1 kompleks var:
“Bu 5 kompleks üzrə 1662 mənzil satışa çıxarılması başlanılıb. Mənzillərə görə qiymətlər fərqlidir. Qeyd edilən komplekslərdə uşaq bağçaları, musiqi məktəbləri, ictimai iaşə obyektləri var. Həmçinin mənzillər üzrə 36 mənzil bron edilməyib. 441 mənzil üzrə bron növbəliyində yerlər qalıb",- o əlavə edib.
Oğuz Ayvaz