2022-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 568.462 ha ərazidə çöl ölçmə işləri aparılıb və bundan 389.109 ha sahə işğaldan azad edilmiş ərazilərimizi əhatə edib.
Ednews xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, Zəngilan və Qubadlı rayonları üzrə bu istiqamətdə işlər yekunlaşdırılıb və müvafiq kadastr sistemlərinə miqrasiya edilib.