Artan qadın qətlləri: Çıxış yolu VARMI? Ekspertlərdən TƏKLİFLƏR

Cəmiyyət 16:30 23.02.2023
İstər mətbuatda, istərsə də sosial şəbəkələrdə qadınlara qarşı zorakılıq halları ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bu da cəmiyətdə ciddi narahatlıq doğurur. Çünki bəzi hallarda zorakılıq hadisələri arzuolunmaz sonluqla, hətta ölümlə nəticələnir. 
 
Aidiyyatı dövlət qurumları ilə yanaşı bir sıra özəl qurumlar da zorakılıqla üzləşmiş qadınlara kömək etmək üçün fəaliyyət göstərirlər. Onlardan biri də Bakıda yerləşən Qadın və Uşaq Sığınacağıdır. 
 
Sığınacağın rəhbəri Mehriban Zeynalova Ednews-a açıqlamasında bildirib ki, qadınlara zorakılıq hallarının baş vermə səbəbləri müxtəlifdir:
 
“Hər bir ailədə müxtəlif səbəblər özünü göstərə bilər. Ümumən cəmiyyətdə sosial, siyasi, psixoloji gərginlik var. İndiki dövrdə alkoqol, narkotik bütün ailələrə təsir edir. Maddi cəhət zorakılıq üçün əsas yaratmır. Müəyyən təsirləri var. Ailə büdcəsinin düzgün bölünməməsi zorakılığa gətirib çıxara bilər. Məsələn, kişi az miqdarda qazanc əldə edir, qazancını düzgün bölüşdürə bilmir. Qadının ehtiyaclarını tənzimləmir. Qadın psixoloji olaraq kişiyə bu məsələni xatırladır. Kişi də emosional olaraq özünü idarə edə bilmir. Bu hal da şiddətə gətirib çıxarır. Çox vaxt da kişi qazancını yalnız öz ehtiyacları üçün xərcləyir. Xəyanətin də təsiri təsirsiz ötüşmür. Kişinin həyatında hansısa qadın olur. Maddi imkanlarını sevgilisinə xərcləyir. Ailənin ehtiyaclarını təmin etmir. Eyni zaman da qadına psixoloji zorakılığı zəncirvari inkişaf etdirir. Tələbi olur ki, buna dözməlisən”.
 
Mehriban Zeynalova həmçinin onu da qeyd etdi ki, qadın zorakılığına qarşı təkcə maarifləndirici tədbirlər kifayət etmir:
 
“Maarifləndirici tədbirlər paralel şəkildə inkişaf etməlidir. Qaynar xəttlər yaradılıb. Əhalini maarifləndirmək lazımdır. Rayonlarda baş verən zorakılıq hallarını həmişə görə bilmirik. Rayonlarda qadın hüquqlarını qoruyan aktiv təşkilatlar olmalıdır”.
 
Millət vəkili Fazil Mustafa Azərbaycanda psixoloqun olmadığından gileylənib: 
 
“Tez-tez bu ifadə işlənir ki, adamlar həm həbsxanada, həm həyatda işgəncəyə məruz qalırsa psixoloqa müraicət etsinlər. Ölkədə psixoloq var? Psixoloq bütün sahələri mükəmməl bilməlidir? Bizdə mütəxəssis qıtlığı var. Cəmiyyətdə insan münasibətlərinin normallaşdırmaq üçün birinci növbədə insanların rifahını yaxşılaşdırmaq lazımdır. İnsanların sıxıntılarını azaldacaq siyasət yeritmək lazımdır. Bu da ailə sütununa təsirini göstərəcək. Ailələrdə narkomanlıqla, əxlaqsızlıqla bağlı problemlər var. Bunlar üst-üstə gələndə hansı sağlam ailə sütunu  yaratmaq olar? Cəmiyyət bütövlükdə öz problemlərini müzakirə etməlidir. Ancaq tərif, tərif... Biz ancaq bu yolu izləyirik. Bu bir yol deyil. Bunun üzərində insanlar müəyyən dərəcədə düşünməlidirlər. Açıq mətnlərlə bu hallar dilə gətirilməlidir. Bütövlükdə bu məsələ həllini tapmayıb”. 
 
Psixoloq Tariyel Faziloğunun sözlərinə görə, Azərbaycanda qadına şiddətin bir çox ana xətti var. Dini, mental, sosial, psixoliji səbəbləri mövcuddur.
 
“Dini yanlış anlayanlar qadına şiddəti uyğun sayırlar və qərar vermək haqqı kişinin olur. Mental səbəblərdə də qadın üzərində kişinin haqqı görülür. Sosial və psixoloji səbəblər isə tam fərqlidir. Sosial statusların fərqli formada olması problem yaradır. Kişi daha çox qazanan tərəfdirsə qadın qazanan tərəf olmadığından burda artıq müəyyən qarşıdurmalar baş verir. Psixoloji anlamda qadına şiddətin arxasında digər qadın dayanır. Psixoloji anlamda kişiləri adətən qadınlar idarə edir. Kişinin qadına şiddətlik göstərməsində başqa qadının maraqları dayanır. Son 5 ildə artan tendesiyada qadın və kişi psixoloji mərkəzlərə birlikdə müraicət edib, məsləhət alırlar”. 
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova da qadın qətillərinin artmasına fikir bildirdi. O, qeyd edtdi ki, bu cür faciələr uzun illər yığılan psixoloji, iqtisadi və fiziki zorakılıqların nəticəsində əmələ gəlir:
 
"Bu baxmdan vaxtında müraciət önəmlidir. Komitəyə edilən müraciətlərdə daha çox psixoloji təzyiqin üstünlük təşkil etdiyini görürük. Müraciətlər əsasən 25-40 yaş arasında olur".
 
Aynurə İsmayılqızı 
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Hamısı