Nüfuzlu “Əl-Cəzirə” Media Şəbəkəsi Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə Qarabağda mina problemi ilə bağlı sənədli filmlər çəkəcək.
Ednews xəbər verir ki, bu barədə məlumatı BAMF-ın prezidenti Umud Mirzəyev bildirib. O, qeyd edib ki, “Əl-Cəzirə” Media Şəbəkəsi Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina problemi ilə bağlı beynalxalq auditoriyalarda yayımlanması üçün sənədli filimlərin çəklişini həyata kecirəcək.
“Ötən gün “Əl-Cəzir”ə Media Şəbəkəsinin Sənədli Filimlər Departamentin direktoru Əhməd Mahfouz və qurumun Planlaşdırma şöbəsinin rəhbəri Adel Ksiksi ilə görüş zamanı belə bir razılıga gəldik. Ümumi anlaşmamıza görə, Sənədli Filimlər Departamentin rəhbəliyi mart ayının ortalarında ölkəmizə problemlə tanış olmaq üçün səfər edəcək və bundan sonra hazırlayacağımız proqram əsasında fəaliyyətimizi davam etdirəcəyik”.
Qeyd edək ki, BAMF-la “Əl-Cəzirə” 10 ildir ki, əməkdaşlıq edir. 44 günlük müharibə zamanı kanal BAMF-la birgə 4 film lentə alıb.
Oğuz Ayvaz