Bakıda dumanlı hava şəraiti artıq iki gündür ki, davam edir. Mövcud hava şəraiti ilə bağlı Milli Hidrometrologiya Departamenti Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Ednews-a açıqlamasında bildirib ki, dumanlı hava daha 2 gün davam edəcək.
“Havanın dumanlı olması sinoptik hava şəraiti ilə əlaqədardır. Xəzər dənizi üzərində formalaşan duman Cənub-Şərq küləkləri vasitəsilə Abşeron yarımadasına daxil olub. Martın 1-i axşamadək Bakıda və Abşeron yarımadasında fasilələrlə dumanlı hava şəraiti davam edəcəyi gözlənilir”.
Ayan Rzayeva