“Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi olan Hacı Şahin Həsənlinin ürək tutmasından dünyasını dəyişdiyini eşitdim”.
Bunu Ednews-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. Onun sözlərinə görə, eyni düşüncədə olmasaq da, dinə eyni prizmadan yanaşmasaq da, vəfatına çox üzülüb:
“Allah rəhmət eləsin! Günahlarını bağışlasın! Ailəsinə və sevdiklərinə səbr diləyirəm”.
Həmçinin, ilahiyyatçı Hacı Şahinin son paylaşımını paylaşıb:
Hər şeyimizlə Allaha məxsusuq və Ona qayıdacağıq!
Aysel Şahmar