Sabahın hava PROQNOZU - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Sabahın hava PROQNOZU

Cəmiyyət A- A A+
Martın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən ednews-a verilən xəbərə görə, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Lakin gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti olacaq.
 
Atmosfer təzyiqi 770 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
 
Bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...