Zahid Oruc: “Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır”..

Cəmiyyət 11:31 03.03.2023

Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmələr aparılır.

Ednews-un xəbərinə görə, tədbir parlamentinin İnsan hüquqları komitəsinin təşəbbüsü ilə keçirilir. Toplantıda deputatlarla yanaşı Qərbi Azərbaycan İcmasının nümayəndələri də iştirak edirlər.

Millət vəkili çıxışında mövzu barədə geniş fikirlər səsləndirib.

"Azərbaycanın 32 illik  dövlət müstəqilliyinin bərpası, o cümlədən İrəvanın itirilməsindən sonra ilk dəfədir ki, tarixi torpaqlara Qayıdış mövzusu rəsmi, açıq, planlı, vahid strateji baxışla cəmiyyətin müxtəlif təbəqələri-dövlət hakimiyyəti və vətəndaş birlikləri, elmi və siyasi institutları, 3-cü sektor və partiyaları, medianın birgə iştirakı, müxtəlif ideologiyaları bir araya gətirməklə müzakirələri aparılır. Göründüyü kimi, yalnız hakimiyyətin, ayrıca  partiyaların, hərəkatların, sosial qrupların deyil, bütövlükdə millətimizin yeni siyasi gündəliyi formalaşır. Əlbəttə, əgər 44 günlük müqəddəs müharibədə parlaq Zəfərimiz olmasaydı, yeni ideoloji hədəflər-Qayıdış hərəkatı ətrafında da birləşmək mümkün olmazdı.

Qərbi Azərbaycan idealının milli gündəliyin önünə çıxdığı 2023-cü ilin Ulu öndərin anadan olmasının 100 illik yubileyi ilə üst-üstə düşməsi əsla rəmzi məna daşımır, çünki hər iki fenomeni gerçək tarixi, mənəvi, siyasi tellər bir-birilə  bağlayır. Heydər Əliyevin bütün tərcümeyi-halı, keçdiyi yol, Sovetlər Birliyinin siyasi olimpinə yüksəlişi və enişi, müstəqil Azərbaycana qayıdışı və ikinci dəfə hakimiyyətə gəlməsi nəinki qərbi, bütövlükdə azərbaycanlıların son bir əsrlik taleyini özündə əks etdirir. Ona görə də Qələbəmizin 3-cü ilində verilən qərarlar Ulu öndərin baxışlarını özündə əks etdirməklə gələcək nəsilləri də əhatə etməlidir.

Qərbi Azərbaycana qayıdış təkcə bir bölgə əhalisinə aid deyil-belə demək mümkündürsə, “icma” ifadəsi şərti xarakter daşıyır, onu daxili siyasi mübarizə təşkilatı, iqtisadi mənfəət qrupu, mandat, vəzifə və imtiyaz uğrunda çarpışan qüvvəyə çevirmək nəzərdə tutulmur, son bir əsrdə və xüsusilə müstəqillikdən sonra Qarabağ ümummili səfərbərlik idealı olduğu kimi, tarixi torpaqlara dinc, sülhpərvər və qanuni qayıdış da xalqımızı bütövləşdirmək, vahidliyini qorumağa xidmət edir. 

Dünyanın yenidən bölüşdürüldyü indiki şəraitdə Azərbaycan prezidenti komandası ilə yanaşı, xalqımızı da yeni hədəflərə hazırlayır. Biz ölkə başçısının verdiyi mesajları düzgün dəyərləndirməliyik,söhbət hərbi hücum planlarından, Qələbədən sonra ambisiyalarını ermənilərin mifik iddialarına bir tutmaqdan, düşmənin xəstəliyinə yoluxmaqdan getmir. Qlobal təhlükəsizlik sisteminin indiki durumunda elita, ordu və millətimiz müharibədə olduğu kimi bir ideya ətrafında- Qələbəmizi qorumaq və onu irəliyə aparmaq üçün səfərbər olunublar! 

Prezident İlham Əliyevin Qərbi Azərbaycan icması ilə görüşündən sonra ictimai fikirdə köklü dəyişikliklər baş verir. Prezidentin özəl günündə  İkinci Qayıdış   kursunun irəli sürülməsi Ermənistanda həyacana, narahatlığa, əsəbi reaksiyalara səbəb olub. Təsadüfi deyil ki, elə həmin gün  nota verərək beynəlxalq təşkilatlara müraciət ediblər.

Lakin İlham Əliyevin tarixi missiyası-dövlətçiliyimizi həm coğrafi, həm də mənəvi yaddaş məkanında  birləşdirməkdir. Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər. Prezidentin itirilmiş torpaqlara yeni məqsədlər və milli hədəflər kimi  yanaşması, İrəvanla bağlı tarixi gerçəkləri və işğal coğrafiyamızın ümumi mənzərəsini yenidən canlandırması-1805-ci il-Kürəkçay, 1813-cü il-Gülüstan, 1828-ci il-Türkmənçay və 1920-ci il-İrəvan və Zəngəzur, 1990-93 cü illərdə Qarabağ torpaqlarının itirilməsi silsiləsinə son qoyması ilə yeni tarixin yazılması-bu proseslərin başlanğıcıdır. Tarixi ədalətsizlik dedikdə-200 ildən artıq Qərbi azərbaycanlıların müxtəlif siyasi quruluşlarda-şarizm, sovetlər və ermənilərin etnik təmizləmə və sıyqırımları nəticəsində yaşadığı fəlakətllər  ön sırada durur. Nəticədə, həyatını itirən yüz minlərlə insanla yanaşı, qərbi azərbaycanlıların ziyalı, intellektual, mədəni, siyasi, hərbi elitası sayılan on minlərlə görkəmli simaları da məhv edilib. Nəhayət, 1988-ci ildə Qərbi Azərbaycan torpaqlarından əhalinin tamamilə deportasiyası ilə ermənilər bir coğrafiyada tam etnik təmizləməni başa vuraraq Azərbaycan ərazilərinə keçiblər. Türkiyəyə, İrana, Rusiyaya və  Avropa ölkələrinə səpələnən azərbaycanlıların köçkünlük coğrafiyası çox genişdir. Müstəqillik tarixini yaradan Ulu öndər dövlət səviyyəsində tarixi yaddaşı önə çəkərək, 1997-ci il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi ata-baba torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalayıb, hadisələrə deportasiya və soyqırım cinayəti kimi qiymət verib, müvafiq dövlət komissiyası yaradıb. Ulu öndər özü şəxsən Komissiyaya rəhbərlik edib. Tarixin saxtalaşdırılması ilə savaş aparan İlham Əliyev son 20 ildə İrəvanın verilməsi ilə heç vaxt barışmayıb. Dövlət başçısından sitat:”..Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan-Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər”? Həqiqətən də Azərbaycan tarixinin ən böyük mirası-torpaqlarımız, maddi və mədəni irsimizin əsas hissəsi hazırda Ermənistan adlanan ərazilərdə qalıb.

Ona görə də Qələbəmiz son 30 illə yanaşı, bütün tarixi dövrlərdə köç edən insanların öz əcdadlarına, köklərinə, milli-dini varlığına, maddi və mədəni irsinə dönüş şansı yaradıb. Əminliklə söyləmək olar ki, 8 noyabrda azad edilən torpaqlar bütün dövrlərin köçkünlüyünə son qoyacaq, tarixi yurdlara qayıdış yollarını da açacaqdır. Xüsusi vurğulayaq ki, 1988-ci ildən sonra dövlətimizin elan etdiyi siyasi kursun əsas hədəfləri  ilk dəfədir ki, Azərbaycanın rəsmi ərazisi ilə məhdudlaşmır, sərhədlərimizi aşır. Lakin Prezident Qərbi Azərbaycana Qayıdış vəzifəsini bu dəfə ordu qarşısında deyil, silahsız alim və ziyalıların, çoxminli məktəb və universitetlərin, mədəniyyət və dini məfkurəni hazırlayan qurumların, bir sözlə bütövlükdə xalqımızın qarşısında irəli sürür. 

Ona görə də hazırki müzakirə prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında seçilən gündəliyə uyğun müəyyənləşib. Almaniyanın birləşməsindən sonra mühüm platformaya çevrilən Münxen zirvəsinin  sörlövhəsi:”Dağları aşarkən-Cənubi Qafqazda təhlükəsizlik” adlanırdı. Əlbəttə, biz Avropa ordularının Qafqaz dağlarını nə üçün aşdıqlarını yaxşı bilirik-lakin indi azərbaycanlıları Göyçə və Zəngəzur aşırımından üzü İrəvana dinc qayıdışa səsləyən ölkə rəhbəri təkcə Avropa auditoriyasına deyil, eləcə də region dövlətlərinə deyir ki, O, bütün tarixi dövrlərdə mübarizəsi yarımçıq qalmış əcdadların ideallarının təmsilçisidir. Ona görə də Qərbi Azərbaycan icmasının yaradılması, onun təsis edilməsində Birinci şəxsin bilavasaitə iştirakı xüsusi məna daşıyır. Beləliklə, Qərbi Azərbaycan icması gələcəkdə genişlənərək yalnız bir coğrafiyanı deyil, bütövlükdə ölkəmizin etnik-milli zənginliyini özündə əks etdirəcəkdir.

Qərbi Azərbaycan məsələsinin tarixi, mədəni, mənəvi kökləri ilə yanaşı, siyasi, ideoloji, geopolitik və hüquqi aspektləri var. Onu diplomatik təzyiq vasitəsi, yaxud hərbi-təhlükəsizlik amili kimi qəbul etmək yanlışdır. Millətin gələcək taleyi beynəlxalq konyunkturadan asılı qoyula bilməz. Ulu öndər Heydər Əliyev və İlham Əliyev heç bir xarici təzyiq altında torpaqlardan imtinaya imza atmayıblar. Prezident Qarabağ və status məsələsində ermənilərin siyasi iddiaları qarşısında İrəvan və Göyçə ilə tarazlıq yaratmağa çalışmır. Çünki ordu status məsələsini hərbi meydanda həll edib. Qayıdış kursunun bir qolu kimi Qərbi Azərbaycana dinc və layiqli dönüş sayı 4 milyona çatan insanlarla birlikdə,  bütün xalqımızın torpağa və kökə bağlılığını canlı-diri saxlayan tükənməz mənəvi sərvətdir. 10 yanvar tarixli müsahibəsində Qərbi Azərbaycan idealının dövlət kursuna çevrilməsinin zəruriliyini əsaslandırarkən ölkə rəhbəri qeyd etdi ki, torpaqlar işğal altında olarkən məsələ indiki səviyyəyə qaldırılsaydı, vaxtından əvvəl açılan atəşə bənzəyərdi. Gerçəkdən də 8 noyabrdan sonra regionda mühüm dəyişliklər baş verib:

İlk növbədə-məğlubiyyət kompleksi və qorxulalara son qoyulub, milli və hərbi özünəinam artıb.

İkincisi, 90-cı ilin birinci Qarabağ müharibəsindən sonra formalaşan geosiyasi qüvvələr nisbəti Azərbayacanın xeyrinə dəyişib və proses hələ sona çatmasa da ölkəmiz Qələbəsini yeni regional arxitektura quruculuğuna daşıyır.

Üçüncüsü, biz ona görə Qarabağa qayıda bildik ki, torpaq hissi və qayıdış ruhu canlı saxlanıldı. İndi Qərbi Azərbaycan məfkurəsinin dirçəlişinə ehtiyac var.   

Beləliklə, Ermənistandan yüz minlərə azərbaycanlının deportasiyasının xaricdə tanıdılması və qayıtma haqqına hüquqi qiymət verilməsi üçün beynəlxalq mexanizmlərin işə salınması gərəkdir. Bir nümunə-Krım tatarlarının 18-20 may 1944-cü il tarixidə kütləvi deportasiyası 2015-2019-cu illərdə müvafiq olaraq Ukrayna, Litva, Latviya və Kanada tərəfindən tanınıb. Daha sonra məsələni beynəlxalq gündəmə çıxaraq, Avropa Parlamentinin müvafiq qətnamələri qəbul edilib. Eləcə də Gürcüstanın Avropa Şurasına 1999-cu ildə qəbulundan sonra iki il ərzində sovet hakimiyyəti tərəfindən ölkədən çıxarılan axısqalıların Gürcüstana inteqrasiyası ilə bağlı qanun hazırlanıb, 3 il içərisində vətənə çatdırılma və inteqrasiyanın başladılmasına dair qərar qəbul edilib. Bir qədər fərqli nümunə olsa da “İsrailə qayıdış” ifadəsi yəhudilərin ana vətənə dönüşünü nəzərdə tutur. 1948-ci ildə İsrail dövləti yaranandan sonra yəhudilərin sayına görə müxtəlif dövrlərə bölünən “Aliyah” adlı mühacirət dalğaları şəklini alan plan hazırlandı. Ona görə də fiziki dönüşdən öncə virtual qayıdış baş verməlidir.

Qərbi Azərbaycana təhlükəsiz qayıdış üçün bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq vacibdir. Məsələnin uğurlu təqdimatı və beynəlmiləl status qazanmasındən ötrü hüquqi çərçivənin yaradırılması gərəkdir.

İlk növbədə, Ermənistanın 1988-91-ci illərdə azərbaycanlı əhaliyə qarşı etnik əsaslarla genişmiqyaslı və sistematik zorakılıq törətməsinin milli genefondumuza təsirlərinə qiymət verilməlidir.

Qayıdış prosesini nizamlı və effektiv həyata keçirmək məqsədilə beynəlxalq tərəfdaşların tapılması, məsələn, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıq vacibdir.

Azərbaycanlılara qarşı törədilən cinayətlər kimi mülkiyyət hüququnun pozulmasına görə Ermənistana qarşı beynəlxalq məhkəmələrdə mülki iddialar qaldırılmalıdır.

Beynəlxalq ekspert və hüquqşünasları cəlb etməklə Qərbi Azərbaycana dönüşün qanunvericilik əsaslarını formalaşdırmağa çalışmalıyıq. Unutmayaq ki, BMT qətnamələri ordumuz tərəfindən yerinə yetirilməsinə baxmayaraq, 27 il ərzində dövlətimizin və millətimizi bütün platformalarda haqlı göstərən beynəlxalq aktlar idi.

Əslində qərbi azərbaycanlıların qaçqınlıq statusu ləğv olunmayıb. Lakin onu tam bərpa etmək haqqında təkliflər irəli sürərkən gəlin unutmayaq ki, o hüquq  sosial yardım, humanitar imtiyaz deyil, ilk növbədə, 1988-ci ildə doğma yurdlarından didərgin düşən insanları hüquqi və siyasi baxımdan düşmənə qarşı birləşdirən haqdır. Dövlətimiz Böyük Qayıdışa hazırlaşarkən, irəvanlı, göyçəli, yaxud zəngəzurlu kimi qaçqınlıq statusu yalnız bir hədəfə-Qayıdış idealını gerçəkləşdirməyə yönəlməlidir.

Alimlər sübut edir ki, 20-25 ildən bir nəsil dəyişir. Ermənilərin qalıcı bir vətən və dövlət ideologiyası qurmağı bacardıqlarına dair geniş yayılan fikirlərə rəğmən, dərslik və təhsil sistemimiz nəinki İrəvana, yaxud Göyçəyə, eləcə də bütün tariximizə yenidən qiymət verməlidir. Biz bütün əsrlərdə məruz qaldımız köçkünlüyün reestrini yaratmalıyıq və tarixi yurdlara dönüş kitabını hazırlamalıyıq. Əlbəttə, Konsepsiyanın qəbulu mühüm siyasi və hüquqi hadisədir. İndi onu hər bir evin, ailənin yol xəritəsinə çevirməliyik.

Qərbi azərbaycanlıların bütün əsrlərdə köçünü əks etdirən vahid təqvim, anım, yaddaş günü və Qayıdış şüarı müəyyənləşdirməliyik!

Biz hüquqi müstəvini aşmadan, populizmə yol vermədən “yaddaş infrastrukturu olan-Heydər Əliyev mərkəzləri, gənclər evləri, mədəniyyət və bilik evləri, muzeylər, kitabxanalar, kitab mağazaları və s.-ni millət gündəliyinə uyğun çalışdırmalıyıq. 

Ölkəmizin müvəkkil instituna yeni səlahiyyətlər verməklə, Qərbi azərbaycanlıların hüquqlarının qorunması üzrə Ombudsman fəaliyyətinə ehtiyac duyulur. 

Qərbi Azərbaycanlıların keçmiş sovet pasportlarındakı göstəricilərinin bərpasının hüquqi əhəmiyyətini nəzərə alaraq, qanunvericilik sistemində düzəlişlər zəruridir.

İstər Türk Dövlətləri Birliyi, istərsə də İslam Konfransı Təşkilatı və platformaları Qərbi azərbaycanlıların hüquqi statusu, onlara dəymiş ziyanın qiymətləndirilməsi işinə cəlb etmək üçün icmaya Xarici İşlər Nazirliyi tərəfindən müvafiq dəstəyin verilməsi də vacibdir. Dövlət protokolunda Qərbi Azərbaycan icmasının görüş və səfərlərdə nəzərə alınması məsələnin beynəlxalq müstəviyə çıxarılmasına kömək edərdi.

Beləliklə, çıxışımıza yekun vuraraq, bir daha xüsusi vurğulayarıq ki, təkcə elitanın deyil, hər bir azərbaycanlının böyük tarixi ideallara hazırlanması gərəkdir. Əgər paralellər apramaq istəsək, deyə bilərik ki, Göyçə Qərbi Azərbaycanın Şuşasıdır! Gəlin unutmayaq ki, Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır. Lakin tank və toplarla deyil, sülh müharibəsi ilə!"

Tədbirdə deputatlar və müzakirələrə dəvət olunanlar Qərbi Azərbaycana dinc və hüquqi qayıdışla bağlı fikirlərini bildirir, təkliflər irəli sürürlər. Tədbir hazırda davam edir.

 
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Hamısı