Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist dünən baş tutan Ağdama bir günlük səfərdən sonra Gəncə şəhərinə gəlib və Ermənistanın raket zərbələri endirdiyi ərazilərdə olublar.
Ednews xəbər verir ki, xarici jurnalistlərə bu faciəvi hadisələr barədə məlumat verilib.
Jurnalistlər günahsız dinc əhaliyə qarşı törədilən hərbi cinayətin nəticələrini öz gözləri ilə görüblər.
Jurnalistlərə Ermənistan tərəfindən 2020-ci ilin oktyabrında törədilmiş raket hücumları ilə bağlı ətraflı məlumat verilib.