Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu Tovuz rayonunda dəfn olunub.
Ednews APA-ya istinadən xəbər verir ki, şəhid hərbi qulluqçu, 2003-cü il təvəllüdlü Eşqin Hüseynov Hunanlar kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
***
14:25
Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Hüseynov Eşqin Cəmil oğlu ilə Tovuz rayonunda, yaşadığı evdə vida mərasimi keçirilir.
Ednews xəbər verir ki, mərasimdə hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi və yaxınları iştirak edirlər.
Vida mərasimindən sonra şəhid Eşqin Hüseynov kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, martın 5-də səhər saatlarında Şuşa yaxınlığında erməni separatçılarının törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.