“Elektroenergetika” haqqında qanunda olan terminlərin sayı deməyə əsas verir ki, qanun üzərində xeyli zəhmət çəkilib. Amma qanunun bu şəkildə qəbulu ciddi problemlər yarada bilər”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
“Qanunun bu şəkildə qəbulu elektrik enerjisinin qiymətinin bir neçə dəfə artması ilə nəticələnəcək. Bu isə sosial narazılıq, əhalinin sosial vəziyyətinin ağırlaşması və bütün istehlak məhsullarının artımına səbəb olacaq. Yəni bazarda olan qiymətlər də 2-3 dəfə bahalaşmağa məcbur olacaq. Bunun ardınca qaz və su qiymətləri də artmağa doğru gedəcək, çünki, iqtisadiyyatın aparıcı qüvvəsi həm də elektroenergetika sahəsidir”, - deyə deputat əlavə edib.
Millət vəkili qanunla bağlı ictimai dinləmə keçirilməsinin vacib olduğunu vurğulayıb.