Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən fərdi yaşayış evi yanğın hadisəsi baş verib.
Bu barədə Ednews-a FHN-dən bildirilib.
FHN-in "112" qaynar telefon xəttinə evdə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.