“Bəzi müəllimlər nəşriyyatla razılaşıb valideynlərə lazımsız vəsaitlər aldırır” Ekspert şagirdlərin ağır çantalarından DANIŞDI

Cəmiyyət 15:00 09.03.2023
Ağır məktəbli çantaları və onların şagirdilərin sağlamlığına vurduğu zərərlər tədris ili ərzində tez-tez müzakirə edilən mövzulardandır.
 
Şagirdlərin “özlərindən böyük”, daşımağa çətinlik çəkdikləri ağır çantaları birbaşa onların onurğa sütununa təsir edir. Zaman keçdikcə bu hal qamət pozuntularına, kifoz, skolioz, müxtəlif bel və kürək ağrıları, çiyin sıxılma sindromu kimi dayaq-hərəkət sistemi problemlərinə səbəb ola bilər. 
 
Həkimlərin sözlərinə görə, uşaq və yeniyetmələrin 66 faizində bel ağrısı müşahidə edilir. Bel çantası insanın çəkisinin 10-15 faizini keçməməlidir. Gündə bir saatdan artıq çanta daşımaq tövsiyə olunmur. 
Erkən yaşlardan uşaqların sağlamlığına təhlükə yaradan ağır məktəbli çantalarının fəsadları tədrisdə kağız daşıyıcılara alternativ metodların tətbiqini labüd edir.  
 
Tədrisdə kağız daşıyıcıları nə ilə əvəz etmək olar?
 
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucovun fikrincə, məktəblərdə tələb olunan əlavə dərs vəsaitlərini şagirdlər hər gün özlərilə daşımamalıdırlar. O bu barədə Ednews-a açıqlamasında deyib.
 
Onun sözlərinə görə, iş dəftərləri və bəzi digər vəsaitlər Nazirlik tərəfindən tədris komplektindən çıxarılsa da əksər müəllimlər hələ də şagirdlərdən bunları tələb edir:
 
“Bəzi müəllimlər nəşriyyatlarla razılığa gəlir, ona görə də bu lazımsız vəsaitləri valideynlərə aldırmaqda maraqlıdırlar. Kağız daşıyıcıları müasir metodlarla əvəz etmək olar. Texnologiya dövründə yaşayırıq, elm hər saat inkişaf edir, sürətli internet əlçatandır. Lakin pandemiya dövründə distant təhsil göstərdi ki, heç də bütün məktəblərin internetə çıxışı yoxdur. 21-ci əsrdə məktəbdə internetin olmaması və ya çox aşağı surətdə olması, texnoloji imkanlardan istifadənin məhdudluğu təhsil sistemi üçün ciddi problemdir”.
 
İ.Orucov qeyd etdi ki, Nazirlik tərəfindən artıq bir neçə ildir ki, elektron dərsliklər hazırlanır:
 
“Kitablarla bərabər planşetlərdən istifadə ilə elektron dərsliklərə keçid  təmin olunmalıdır. Uşaqların telefonlardan istifadəsi onsuz da qarşısıalınmaz hal alıb. Onları doğru istiqamətləndirmək, elektron dərsliklərdən istifadəni öyrətmək lazımdır. Elektron dərsliklərin istifadəsi şagirdləri ağır çantaları daşımaqdan xilas edə bilər”. 
 
Ekspert bildirib ki, təhsil sistemi inkişaf etmiş ölkələrdə şagirdlər dərsdən sonra məktəbdə qalıb ev tapşırıqlarını yerinə yetirir və dərs vəsaitlərini yenidən özlərilə aparmağa ehtiyac qalmır:
 
“Ev tapşırıqlarının məktəbdəcə həll edilməsi həm şagirdlərin dərsləri daha yaxşı mənimsəməsinə, həm də, evdə asudə vaxtlarını səmərəli istifadə etmələrinə imkan yaradır. Bizdə dövlət məktəblərində belə şərait, infrastruktur təəssüf ki, yoxdur. Nümunə üçün deyə bilərəm ki, uğurlu təhsil sistemi ilə seçilən Finlandiyada şagirdlər ümumiyyətlə, evdə dərs eləmir. Evdə dərsə ayıracağı vaxtdan məktəbdə daha məhsuldar şəkildə istifadə edir”.
 
Ekspert tədris prosesində yeni texnologiyaların tətbiqinin vacibliyini vurğulayıb:
 
“Hesab edirəm ki, məktəblərdə elektron dərsliklərə keçid sürətlənməlidir, hər şagird elektron cihazlarla təmin edilməlidir. Bu həm kağız istehsalı nəticəsində təbiətə dəyən ziyanı azaldacaq, həm də uşaqlara internet resurslarından, texnoloji yeniliklərdən səmərəli istifadəni aşılayacaq”.
 
 
Törə Zeynallı
İranda polis hicab taxmayan qadını döyə-döyə həbs etdi - VİDEO

Xəbər xətti

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq
09:56 16.05.2024
ABŞ Hindistan-a İranla əməkdaşlıq etdiyi üçün xəbərdarlıq edib
ABŞ Hindistan-a İranla əməkdaşlıq etdiyi üçün xəbərdarlıq edib
09:45 16.05.2024
DİN Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var
09:40 16.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
09:33 16.05.2024
Yaponiyada sirli virus rekord sürətlə yayılır
Yaponiyada sirli virus rekord sürətlə yayılır
09:25 16.05.2024
Hərbçimiz vəfat etdi
09:16 16.05.2024
Bakıda yanğına görə bağlanan yollar açıldı
09:12 16.05.2024
Bakıda mağazada baş verən yanğın tam söndürüldü
09:00 16.05.2024
Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
06:18 16.05.2024
SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb
05:34 16.05.2024
Çin hələ də ABŞ-ın silahlara nəzarət təkliflərinə cavab verməyib
04:59 16.05.2024
Slovakiya parlamenti təhlükəsizlik tədbirlərini gücləndirib
03:49 16.05.2024
İsveçrədə naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib
02:56 16.05.2024
Slovakiyanın Baş nazirinin əməliyyatı uğurlu keçib
01:00 16.05.2024
Azərbaycan Basketbol Liqası: Üçüncü yer uğrunda oyun keçirilib
00:10 16.05.2024
Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
23:40 15.05.2024
Batumi Dövlət Universitetinin qarşısında "xarici agentlər haqqında" qanuna etiraz aksiyası bərpa olunub
23:24 15.05.2024
Səbinə Əliyeva “Rusiya-İslam dünyası: KazanForum” 2024 XV Beynəlxalq İqtisadi Forumunda iştirak edib
23:00 15.05.2024
ABŞ-də dövlət bayraqları yarıya endirilib
22:40 15.05.2024
Bayden: ABŞ Baş nazirə sui-qəsdlə bağlı Slovakiyaya yardım göstərməyə hazırdır
22:29 15.05.2024
ABŞ və Yaponiya hipersəs silahları “ələ keçirən” qurğu yaradacaq
22:12 15.05.2024
Azərbaycanın U-21 millisi daha bir yoxlama görüşü keçirəcək
21:57 15.05.2024
Portuqaliyada Qlobal Dialoq Forumu öz işinə başlayıb
21:38 15.05.2024
"Yuventus" klubu Tyaqo Motta ilə razılığa gəlib
21:22 15.05.2024
Kobaxidze: Robert Fitsoya qarşı hücumu qətiyyətlə pisləyirik
21:00 15.05.2024
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib
20:49 15.05.2024
"Jirona" klubu Niderland millisinin futbolçusu ilə müqavilə müddətini uzadıb
20:38 15.05.2024
Müxalifətçi yazıçı Slovakiya Baş nazirinə sui-qəsd cəhdində şübhəli bilinir
20:29 15.05.2024
Nazir: Aİ ilə uşaqları və gəncləri mina təhlükəsi barədə maarifləndirmək üzrə əməkdaşlıq edirik
20:08 15.05.2024
Azərbaycan Prezidenti Slovakiyanın Baş nazirinə edilən sui-qəsd cəhdini şiddətlə qınayıb
20:00 15.05.2024
Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib
19:44 15.05.2024
Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
19:33 15.05.2024
Azərbaycan Belarusla nəqliyyat sahəsində rəqəmsallaşma ilə bağlı müzakirələr aparıb
19:20 15.05.2024
Belarus Prezidenti Azərbaycana dövlət səfərinə gəlir
19:00 15.05.2024
Karyerasını bitirən Azərbaycan güləşçisi: Mənə Ermənistan idmançılarının qənimi kimi baxırdılar
18:47 15.05.2024
Sabah Cəlilabadın 3 kəndində qaz təchizatında məhdudiyyət olacaq
18:34 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Küveytdə yeni hökumət and içib
17:50 15.05.2024
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:40 15.05.2024
Hamısı