“Dumanlı hava şəraiti martın 10-u günün ikinci yarsına qədər və 11-i gecə saatlarına qədər davam edəcək. Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz hava olacaq”.
Bu barədə Ednews-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Qurumun rəsmisi həmçinin qeyd edib ki, bəzi yerlərdə, əsasən, Bakının bir-neçə kəndində duman müşahidə olunur.
“Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək”.
O, həmçinin bildirib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Aysel Şahmar