“Elə adamlar var ki, təhsil aldığı dili bilmir”.
Ednews xəbər verir ki, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.
Nazir bildirib ki, xaricdə təhsilə icazə verildi, indi minlərlə saxta diplomu olan adamlar ortaya çıxır.
“Adam öz oxuduğu ixtisas dilini bilmirsə, biz ona niyə diplom verməliyik?! İndi bu cür suallar meydana çıxır. Biz bu haqda ciddi düşünməliyik”, - deyə nazir bildirib.