“Səhər kabinetdə oturduğum anda qapım möhkəm döyüldü. Dedim buyurun. Cavab gəlmədi. Yenə möhkəm döyüldü. Təəccüblə dedim buyurun. Köməkçim gülə - gülə içəri daxil olub dedi ki, qapıya papaq atlblar”.
Ednews xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov yazıb.
“Uşaqlıqda yaşadığımız və təəssüflə yavaş-yavaş unutduğumuz gözəl ənənələrimiz yada düşdü. Tonqal qalamaq, şəkərbura bişirilmə sevinci, papaq atmaq, yumurta döyüşdürmək, səməni qoymaq. Nə gözəl bayramdır Novruz bayramı. Ənənəyə uyğun olaraq papağa öz sovqatımı qoyub yola saldım. Bayramınız mübarək, əziz dostlar”, deyə o, qeyd edib.