Bakıda 70 yaşlı coğrafiya müəllimi intihar edib.
Hadisə az öncə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən bina 10A ünvanında baş verib.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə qəsəbə sakinləri məlumat verib. Hadisə şahidlərinin sözlərinə görə özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atan Zümrüd Səməd qızı Rəhimova uzun illər M.Mehdiyev adına 280 nömrəli məktəbdə coğrafiya fənnini tədris edib.
Olay zamanı qadın 7-ci mərtəbədəki çıxıntıya ilişib, yarım saatdan çox orada qalsa da, sonradan yerə düşərək həyatını itirib.
Hadisə şahidləri tərəfindən olayın anbaan görüntüləri çəkilib.
Mərhumun qonşularının dediyinə görə Zümrüd Rəhimovanın qızı narkotik istifadəçisidir. Hadisə zamanı onun da evdə olduğu bildirilir.
Faktla bağlı araşdırma başlayıb.